Qvineyada 2-ci divizion təmsilçisi "Etual de Qvineya" klubunun futbolçularını səfər matçına aparan avtobus qəzaya düşüb.
Offsideplus.az xəbər verir ki, bədbəxt hadisə mart ayının 5-də Mamu şəhəri yaxınlığında baş verib.
Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Hadisə nəticəsində 9 futbolçu dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alanlar arasında xəstəxanaya yerləşdirilənlər də var.
Qeyd edək ki, qəzada həyatını itirən oyunçulardan biri İngiltərə "Liverpul"unun futbolçusu Nabi Keytanın əmisi oğlu Almi Keytadır.