Almaniya 2-ci Bundesliqasında 24-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti oyununa çıxıb.

Komanda doğma meydanda “Hamburq”la qarşılaşıb. Aue təmsilçisi  bu oyundan qələbə ilə ayrılıb - 3:0. Nazarov start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. 

24 turdan sonra 34 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.