Məşhur Britaniya nışri olan "Theatletic.com" “Vulverhempton” klubunun U-23 komandasının oyunçuları barədə məqalə dərc edib.

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Renat Dadaşovun da çıxış etdiyi komandanın üzvlərinin gələcəkdə Avropanın aparıcı liqalarında çıxış edəcəyi qeyd edilib:

“Vulverhempton”un aşağı yaş qruplarında çoxlu istedadlı oyunçu var. Onların bəziləri Avropanın aparıcı liqalarında çıxış edə bilərlər. Qısa vaxtda PSJ, “Bavariya” kimi komandalar bu oyunçuları transfer edə bilər”.

Qeyd edək ki, Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. 20 yaşlı hücumçu “Vulverhempton”un U-23 komandasında 2 qol vurub.