Hazırda ABŞ-ın “Feniks Rizinq” klubuna top qovan Didye Droqba mövsümün sonunda futbolçu karyerasını bitirəcəyi ilə bağlı qərarını dəyişmədiyini deyib.
Offsideplus.az xəbər verir ki, fil dişi sahilili hücumçu Fransa mətbuatına açıqlamasında mövsümün sonunda karyerasını bitirəcəyini deyib:
“Yüksək səviyyədə futbol oynamağa gec başlamışam. Hələ də oynamaqdan çox zövq alıram. Hazırda komandadakı rolumu çox sevirəm. Gənclərə bildiklərimi aşılamağı xoşlayıram. Ancaq artıq 40 yaşndayam və bu mövsüm sonuncu olacaq. Vaxtı çatıb”.
Droqba gələcəkdə əvvəllər şərəfini qoruduğu “Marsel”də çalışmaq perspektivinə də münasibət bildirib:
“Nə təklif olacağını görməliyəm. Amma həmişə köməyə hazıram. “Marsel” bu mövsümdə yaxşı işlər bacarıb. Rudi Qarsiyanın layihəsi özünü doğruldur. Gənc oyunçulardan ibarət komanda qurur. Mövsümün sonunda ilk üçlükdə qalmaları möhtəşəm olardı”.