Yaponiya yığmasının keçmiş üzvü Keysuki Hondanın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. O, “Botafoqo” ilə razılığa gəlib. Bu gün transferin rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, Honda son olaraq Niderlandın “Vitess” klubunda çıxış edib.