“Keşlə” klubunun keçmiş futbolçusu Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Kamhenqphet”ə transfer olunub.

Futbolçu 3-cü liqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

2016-2018-ci illərdə “Keşlə”də forma geyinən Məmmədin son klubu “Şüvəlan” olub.