“Barselona” klubu futbolçusu Ballu Tablanı MLS klubuna satıb.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Monreal İmpakt”a transfer edilib. 

Sözügedən futbolçu ilə 2+2 şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, "Monreal İmpakt"ın baş məşqçisi əfsanəvi futbolçu Tyerri Anridir.