Afrikada 2019-cu ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Seneqal millisinin və "Liverpul"un oyunçusu Sadio Mane keçən ilin ən yaxşısı seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. 27 yaşlı hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə, Məhəmməd Salahı ("Liverpul", Misir) və Riyad Mahrezi (Əlcəzair, "Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Mane ötən mövsüm "Liverpul"la Çempionlar Liqasının qalibi olub.