“Mançester Siti” klubunun futbolçusu Riyad Mahrez Məğribdə(Afrikada bir sıra ölkələrin daxil olduğu topluma verilən ad)  2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, əlcəzairli oyunçu  “France Football” nəşrinin sorğusunda “Ayaks”dan Hakim Ziyexi və Münhenqladbax “Borussiya”sından Rami Bensebainini qabaqlayıb.

Qeyd edək ki, Mahrez bu mövsüm “Mançester Siti”nin heyətində Premyer Liqada 17 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.