Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı ilə birlikdə İngiltərə zəhərlənib.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar mənşəyi bilinməyən bir maddə ilə zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyəti ağırdı.

Məsələ ilə bağlı İngiltərənin xarici işlər naziri Boris Cohnson sərt danışıb. O deyib ki, əgər bu faktın arxasında Rusiyanın olduğu sübut edilsə, ölkəsi bu il Rusiyada keçiriləcək dünya çempionatından imtina edə bilər.

Qeyd edək ki, casusluqda ittiham edilən Skripal 2010-cu ildə həbs edilsə də, daha sonra 4 casus qarşılığında dəyişdirilmişdi. O, həmin vaxtdan İngiltərədə yaşayır.