"Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov Almaniya kubokunun 1/16 finalında "Fortuna"ya uduzduqları oyunu (1:2) şərh edib.
Offsideplus.az xəbər verir ki, o, matçla bağlı bildirib:
"İlk 44 dəqiqəni əla oynadıq. Ancaq xeyli qol imkanı qaçırdıq. Hətta rəqibin azarkeşləri öz komandalarını fitə basmağa başladılar. Çünki birinci və ikinci bundesliqa komandaları arasındakı fərqi görmədilər".
Qeyd edək ki, Nazarov "Fortuna" ilə görüşdə 77 dəqiqə oynayıb.(qol.az)