"Çelsi" və "Qalatasaray" kimi klubların sabiq üzvü Didye Droqba ölkəsinin Futbol Federasiyasının prezidenti olmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, Fil Dişi Sahilində Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürən 41 yaşlı Droqba seçim hazırlıqlarına start verib.
Droqba ilə yanaşı sabiq komanda yoldaşı Bonaventure Kolou da namizədliyini irəli sürüb.
Federasiyaprezidentliyinə seçkilər bu ilin dekabrında keçiriləcək.