41 yaşlı Syunsuk Nakamura Yaponiyann "İokoqama" klubu ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, yapon forvard 24 illik karyerası ərzində Avropada bir neçə klubun şərəfini qoruyub: "Recina" (İtaliya, 2002-2005), "Seltik" (2005-2009) və "Espanyol" (İspaniya) (2009-2010).
Syunsuk "İokoqama"da ikinci ən yaşlı oyunçudur.
Birinci 52 yaşlı Miura Kadzuesidir. O fevralda 52 yaşını qeyd edib. Növbəti mösüm Miuranun peşəkar futbolçu kimi karyerasının 34-cü mövsümü olacaq. Kadzuesi yeganə futbolçudur ki, 1993-cü ildən "Cey-Liqa"da oynayır.
İndi "İokoqama"nın hücum duetinin birlikdə 93 yaşı var.
Əminliklə demək olar ki, klub sadəcə təcrübəli yox, həm də cərimə zərbələrini dəqiqliklə yetirən 2 hücumçuya sahibdir.
Nakamuru Messinin də bir vaxtlar iştirak etdiyi şouda iştirak edib. Nəhəng ronotun qoruduğu qapıdan o da eynilə Messi kimi top keçirə bilib.