Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.

Offsideplus.az-ın xəbərinə görə, həlledici oyunda Seneqal və Əlcəzair yığmaları üz-üzə gələcəklər. Qarşılaşma iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Seneqal millisi yarımfinalda Tunisi 1:0, Əlcəzair seçməsi isə Nigeriyanı 2:1 hesabı ilə məğlub edib.