Azərbaycan Belarusun paytaxtı Minskdə keçirilən II Avropa oyunlarında növbəti medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bu dəfə bürünc medala sahib çıxıb. Onlar balanslı hərəkətlərdə 28,160 bal toplaraq, üçüncü olublar. İlk iki yeri isə müvafiq olaraq, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) və Artur Belyakov - Volqa Melnik (Belarus) cütlüyü tutub.
Qeyd edək ki, Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə də gümüş medal qazanıb.