"Ayntraxt"ın U-19 komandasının yeni baş məşqçisi Frank Let futbolçusu Renat Dadaşov barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, intizamsız hərəkətlərinə baxmayaraq, millimizin hücumçusuna matçlarda şans verəcək: "Hamıda belə hadisələr oldu. Bəzən gəncləri bağışlamaq lazımdır. Mən Renatdan razıyam".
Qeyd edək ki, Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 18-ci turunda “Karlsrue” matçda 90 dəqiqə oynayıb və komandasının qələbə qolunu vurub.