Son mövsümü Yaponiyanın "Saqan Tosu” klubunda keçirən Fernando Torres karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı ispan hücumçu qərarını "Twitter”dən açıqlayıb.
Qeyd edək ki, Torres karyerası ərzində "Atletiko”, "Liverpul”, "Çelsi” və "Milan” klublarında çıxış edib. "Atletiko" ilə La Liqanın və Avropa Liqasının qalibi olan futbolçu Çempionlar Liqasında final oynayıb. "Çelsi"in heyətində isə Federasiya Kubokunun, Çempionlar Liqasının və Avropa Liqasının qızıl medalını qazanıb. Klub karyerası ərzində 706 oyuna çıxaraq 252 qol vurub.
İspaniyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən Torrres 2003-cü ildən dəvət aldığı A millidə 110 oyun keçirərək 38 qola imza atıb. O, A milli ilə 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə dünya çempionu olub, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun gümüş medalını qazanıb. Həmçin 2001-ci ildə U-16, bir il sonra U-19la Avropa çempionatının qalibi adına sahib çıxıb.