İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” futbol klubu inşa ediləcək stadionun layihəsini təqdim edib.

Offsideplus.az-ın məlumatına görə, yeni arena "Miami Freedom Park"da olacaq. Orada həmçinin hər kəsin oynaya biləcəyi futbol meydanları da yerləşəcək.

Daha öncə bildirilib ki, Fort Loderdeyldəki yeni "İnter Mayami" stadionu 18 min azarkeş üçün nəzərdə tutulacaq və tikinti dəyəri 60 milyon dollardan çox olacaq.

Qeyd edək ki, "İnter Mayami" klubu 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.