Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor Sazi” klubu ilk matçında Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu ilə qarşılaşıb.

Matç İran və S.Ərəbistanı arasındakı siyasi gərginlik səbəbindən Omanın “Əl-Səəb” stadionunda baş tutub. Matçda yeganə qolu 67-ci dəqiqədə “Əl Əhli”nin futbolçusu Mohanad Aseri vurub.

Qeyd edək ki, türkiyəli məşqçi Ərtoğrul Sağlamın rəhbərlik etdiyi “Traktor Sazi” klubu növbəti matçını fevralın 19-da səfərdə Qətərin “Əl-Qarafa” klubuna qarşı keçirəcək.