Qış fasiləsində “Qarabağ”ı Çinin “Zeyanq Qrintaun” klubuna dəyişən Dino Ndlovu bu komandada ilk qolunu vurub.

Offsideplus.az xəbər verir ki, Cənubi afrikalı hücumçu “Shenzhen Airlines Cup” turnirinin finalında “Zeyanq Yitenq”lə görüşdə hesabı açan futbolçu olub. Sonradan daha 2 qol vuran “Zeyanq Qrintaun” turnirin qalibi olub.

Qeyd edək ki, Ndlovu qış fasiləsində 750 min avro qarşılığında “Qarabağ”dan Çin klubuna keçib