"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub.

Bu barədə "Report"a 21 yaşlı yarımmüdafiəçinin meneceri Erkin İbrahimov məlumat verib. O, bildirib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də şərəfini qoruyan Bayramlı ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər.

İbrahimov "Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacağını açıqlayıb.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın birinci divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.