Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu Almaniyanın “Proyssen” klubu 3-cü liqanın ikinci yarısının ilk görüşünün hazırlıqlarını yekunlaşdırmaq üzrədir. 

Offsideplus.az xəbər verir ki, artıq hücumçumuz da məşqlərdə iştirak edib.

Sağlamlığındakı problem üzündən hazırlıqlardan kənar qalan Dadaşov “Lotte” ilə fevralın 11-dəki görüşdə meydana çıxmağa can atır. Bunu aşağı liqa klubun baş məşqçisi Marko Antverpen açıqlayıb.

O bildirib ki, qış fasiləsinə 12 sağlam futbolçu ilə yollanan “Proyssen”in bütün zədəli və xəstə oyunçularınln geri qayıtmasına sevinir: “Səfər qarşılaşması ərəfəsində Danilo Vibe, Saymon Şerder, Filipp Hoffman, Rüfət Dadaşov, Tobias Rule və Ole Kittner tam qüvvəylə məşqlərdə çalışır.  Ümid edirəm ki, bir də belə ağır duruma düşməyəcəyik”.

Qeyd edək ki, Rüfət qripə yoluxduğundan məşqlərdən kənar qalmışdı.