Mario Qomes ona yaşlı deyənlərə cavab verib.

Offsideplus.az xəbər verir ki, “Ştutqart”ın 32 yaşlı hücumçusu Mario Qomes özünü yaşlı hiss etmədiyini və dünya çempionatında Almaniyanın heyətində yer almaq istədiyini bildirib.

O, hazırda özünü çox yaxşı hiss etdiyini və dünya çempionatı üçün təcrübəli hesab etdiyini deyərək baş məşqçi Yoahim Lövə mesaj göndərib:

“Avro-2016-da çox yaxşı işlədiyimi göstərdim. Ehtiyat oyunçular skamyasında başladım, məşqçi ehtiyac görəndə oyuna girdim. Əvvələ nisbətən indi özümü daha hüzurlu hiss edirəm. Komandaya fayda verə biləcəyimi düşünürəm”.

Qeyd edək ki, M.Qomes bu mövsüm “Ştutqart”ın heyətində 2 qol vura bilib.