Daha iki azərbaycanlı məşqçi PRO kateqoriyasını alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumat Belarus Futbol Federasiyasının rəsmi saytında yayılıb.
Bildirilir ki, kursları uğurla tamamlayan 14 mütəxəssis olub ki, onlar arasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev və "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasov da yer alıb. Lakin onlar Antalyada təlim-məşq toplanışında olduğundan sertifikat almaq üçün Belarusa gedə bilməyiblər.
Qeyd edək ki, mütəxəssislərə diplomları Belarus Futbol Federasiyasının baş katibi Yuri Verqeyçik təqdim edib. Lisenziya 2021-ci il dekabrın 31-nə qədər etibarlıdır.(matc.az)