Avstriyanın III Liqasında çıxış edən “Qarabağ Vyana” heyətinə növbəti azərbaycanlı futbolçunu cəlb edib.

Offsideplus.az xəbər verir ki, söhbət “Neftçi”nin U-19 komandasının yarımmüdafiəçisi Emil Fərzəliyevdən gedir.

Gənc futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Emil sözügedən klubda 3-cü azərbaycanlı futbolçu olacaq. Ondan başqa bu komandada Elvin Bədəlov və Dmitri Nağıyev də çıxış edir.

Qeyd edək ki, “Qarabağ Vyana” Fərzəliyevdən başqa 7 futbolçu ilə də müqavilə imzalayıb.

1518099637.jpg