ABŞ-ın "Los-Anceles Qalaksi" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Offsideplus.az-ın MLS təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı Qilyermo Barros Skelotto çalışdıracaq. Müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

45 yaşlı argentinalı mütəxəssis son olaraq, "Boka Xuniors"da işləyib.

Qeyd edək ki, isveçli hücumçu Zlatan İbrahimovin çıxış etdiyi komandanı buna qədər Dominik Kinner çalışdırırdı.