Araz Abdullayevin çıxış etdiyi Kiprin “Anortosis” klubu növbəti məğlubiyyətini yaşayıb.

Offsideplus.az xəbər verir ki, “Anortosis” çempionatın 23-cü turu çərçivəsində “Omoniya”nı qəbul edib.

Abdullayevin forma geyinmədiyi matçda komandası 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bir müddətdir zədədən əziyyət çəkən Araz məşqlərə yenicə başlayıb.

“Anortosis” 23 turdan sonra 47 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.