Qazaxıstanın "Astana" klubunun və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Qarabağ"a qayıdacağı barədə yayılan məlumatlara münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Sports.kz" saytına açıqlamasında bu barədə heç bir məlumata malik olmadığını bildirib.

Hazırda vətəni Braziliyada istirahət edən Almeyda klubu "Astana" ilə müqaviləsinin davam etdiyini vurğulayıb. 

Qeyd edək ki, R.Almeyda yayda "Astana"ya keçib. Son günlər onun yenidən "Qarabağ" klubuna qayıdacağı ilə bağlı xəbərlər yayılıb.