Belçikanın “Anderlext” klubu baş məşqçisi Heyn Vanhazebrukla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Komandanın son oyunlarda uğursuz çıxış etməsi səbəbindən, baş məşqçi Heyn Vanhazebruk istefaya göndərilib.

"Anderlext"də yeni baş məşqçi müəyyənləşənə qədər, komandaya Kərim Belhosinin rəhbərlik edəcəyi bildirilib.

“Andelext” cari mövsümdə Belçika Yupiler Liqasında 19 turdan sonra 31 xalla 4-cü pillədə yer alıb.

Belçika təmsilçisi Avropa Liqasında “Fənərbaxça”, “Dinamo” (Zaqreb) və “Spartak” (Trnava) komandalarıyla bir qrup mübarizə aparırdı. “Anderlext” qrupu sonuncu pillədə tamamlayaraq, turnirlə vidalaşıb.