Klublararası dünya çempionatına start verilib.
Offsideplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutan turnirin açılış oyununda 1/4 finalçının adına aydınlıq gəlib.
Yerli komanda "Əl-Ain" Yeni Zelandiya təmsilçisi "Vellinqton"la qarşılaşıb. Qonaq komanda birinci hissədə 3 top fərqi ilə önə keçsə də, bu üstünlüyü qoruya bilməyib. Görüş 3:3 hesabı ilə nəticələnib və "Əl-Ain" penaltilər seriyasında rəqibini üstələyib. Bu qələbə sayəsində BƏƏ təmsilçisi 1/4 finalda Tunisin "Esperans" klubuna rəqib olub. Mərhələnin digər cütlüyündə isə "Kaşima Antlers" (Yaponiya) "Qvadalaxara" (Meksika) ilə qarşılaşacaq. Hər iki oyun dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, "River Pleyt" (Argentina) və "Real" (İspaniya) yarımfinalda bu cütlüklərin qaliblərini gözləyir.(matc.az)
Klublararası dünya çempionatı
Pley-off matçı
"Əl-Ain" (BƏƏ) - "Vellinqton" (Yeni Zelandiya) - 3:3
Şiotani, 45, Dumbiya, 49, Berq, 85 - Barsia, 11, Klapam, 15, İliç, 44
Penaltilər seriyası - 4:3