Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Robert Prosineçki yenidən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, ikinci tibbi müdaxiləyə Sarayevodakı klinik mərkəzdə ehtiyac duyulub. Mərkəzdən bildirilib ki, Prosineçkinin səhhəti ilə bağlı təhlükəli bir şey yoxdu.

Təcrübəli mütəxəssis noyabrın 18-də İspaniya ilə yoldaşlıq görüşündən qayıdandan sonra mədəsindəki ağrılardan şikayətlənib. Dörd gün sonra o, xəstəxanaya çatdırılıb. Dörd saatlıq əməliyyatdan sonra sabiq futbolçu özünü yaxşı hiss etməyə başlayıb.
 

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin “sükanı arxasında” çalışıb.