Dünya futbolunda agentlər də kifayət qədər sanballı məbləğ əldə edirlər.
Hətta futbol menecerləri, daha çox qazanmaq üçün oyunçuların qiymətini süni şəkildə qaldırmaqda da ittiham olunurlar. Kaspi.az xəbər verir ki, "Football Leaks” məşhur futbol agenti Mino Rayola barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Rayola Pol Poqbanın "Yuventus”dan "Mançester Yunayted”ə keçidinə görə, 22 milyon avro qazanc əldə edib. Maraqlıdır ki, Rayola 4 il əvvəl Poqbanı MY-dən "Yuventus”a apararkən də 27 milyon avro qazanıb.
Beləliklə, o, Poqbanı Mançesterdən Turinə aparıb yenidən Mançesterə qaytarmaqla 49 milyon avro gəlir əldə edib. Bu yaxınlarda məlumat yayılıb ki, Rayola "Yuventus” rəhbərliyi ilə görüşərək, Poqbanın yenidən Turinə qayıtması məsələsini müzakirə edib./kaspi.az