Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. 

Offsideplus.az xəbər verir ki, "Bayıl Arena"da keçirilən matçda Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" komandası ilə qarşılaşıb.

Yerli komandaya Kazbek Tuayev, qonaqlara isə Valeri Qazzayev rəhbərlik edib.

Hər hissəsi 25 dəqiqədə ibarət olan matç 5:5 hesabı ilə başa çatıb. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.

“Veteranlar” – “Dostlar” - 5:5
Qollar: V.Qasımov, 24. S.Ələkbərov, 36; 37. Y.Hüseynov, 41. T.Əhmədov, 43 - V.Şmarov, 9; 39. V.Qasımov, 29; 50 İ.Kolıvanov, 45

"Veteranlar": 1. Elxan Həsənov, 2. Novruz Əzimov, 3. Ədahim Niftəliyev, 4. Tərlan Əhmədov, 5. Şahin Diniyev, 6. Nazim Süleymanov, 7. Yunis Hüseynov, 8. Yaşar Vahabzadə, 10. Vəli Qasımov (K) 11. Samir Ələkbərov, 17. Mahmud Qurbanov

Ehtiyat oyunçu: 20. Əli Abışov

Baş məşqçi: Kazbek Tuayev

"Dostlar": 1. Renat Dasayev, 2. Viktor Losev (K), 13. Xuan Xose Komaço, 4. Valeri Şmarov, 5. Roberto Bordin, 6. Dmitri Ananko, 7. Nikolay Pisarev, 8. Huakin Parra, 17. İqor Kolıvanov, 3. Adolfo Aldana, 19. Konde

Ehtiyat oyunçu: Ramiz Əhmədov

Baş məşqçi: Valeri Qazzayev