Almeyda yayılan xəbərləri təkzib edib

Offsideplus.az xəbər veriri ki, millimizin üzvü Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib. O, son günlər “Qarabağ”a qayıtmaq istədiyi yönündə çıxan xəbərlərə münasibət bildirib:

“Bu kimi xəbərlərə etibar etməyin. Mən “Qarabağ”a nə vaxtsa qayıdacam demişəm. Bunun yaxın vaxtlarda olacağını bildirmədim. Üstəlik, hazırki klubumda hələ iki il müqaviləm var. Sona qədər burada qalmaq istəyirəm”.

Qeyd edək ki, Almeyda mövsümün əvvəlində “Qarabağ”ı “Astana”ya dəyişib.