"Benfika" klubunu çalışdıran Joze Mourinyo "Qarabağ" klubuna atmaca atmışdı. 

Offsideplus.az xəbər verir ki, Mourinyo bildirib ki, böyük klublara uduzmaq normaldır, amma “Qarabağ” kimi komandaya məğlubiyyət daha ağır sayılmalıdır:

“Benfikada məğlub olmaq normaldır. Ancaq ‘Qarabağ’a uduzmaq daha pisdir”.

Onun bu sözləri Azərbaycan çempionu ilə bağlı sosial mediada müzakirələrə səbəb olmuşdu.

"Qarabağ" 2-0 "Kopenhagen" oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Joze ilə bağlı sualı bu cür cavablandırıb:

"Mən Joze Mourinyoya nə sual verə bilərəm, nə də cavab verə bilərəm. O, Joze Mourinyodur, dahi məşqçilərdən biridir".