Çempionlar Liqasının Liqa mərhələsində I tura bu gün 6 oyunla yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" səfərdə Frankfurt "Ayntraxt"ı ilə qarşılaşacaq. "Sarı-qırmızılar" bu matçda zədəsinə görə Viktor Osimhendən yararlana bilməyəcək.

İngiltərədə 2 maraqlı qarşılaşma oynanılacaq. "Mançester Siti" "Napoli"ni, "Nyukasl" isə "Barselona"nı qəbul edəcək.

Qazaxıstan "Kayrat" klubu da bu gün tarixində ilk dəfə Çempionlar Liqası oyununa çıxacaq.

Çempionlar Liqası, Liqa mərhələsi I tur

18 sentyabr (cümə axşamı)

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)