Amerika Milli Basketbol Assosiasiyası basketbolçuların maaşlarını azaldacaq.

Offsideplus.az xəbər verir ki,  COVİD-19 epidemiyası səbəbiylə belə addım atılıb. Basketbol Liqası ilə Beynəlxalq Basketbol Oyunçuları Assosiasiyası arasında aparılan müzakirələrdən sonra basketbolçuların məvaciblərinin 25 faiz azaldılmasına qərar verilib.

Oyunçular mayın 15-dən etibarən azaldılmış məvaciblər alacaqlar.