Amerika Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Toni Parker gələcəkdə Fransanın “Lion” futbol komandasının prezidenti ola bilər.

Offsideplus.az xəbər verir ki, Fransanın “L'Equipe” nəşrinə açıqlama verən klubun hazırkı prezident Jan-Mişel Ola dörd il sonra futbol klubunun rəhbərliyini Toni Parkerə təhvil verməyə hazır olacağını deyib.

Qeyd edək ki, Jan-Mişel Ola 1987-ci ildən bəri “Lion” klubuna rəhbərlik edir. Otuz yeddi yaşlı Toni Parker isə Fransanın “Villeurbanne” basketbol klubunun prezidentidir.