"Barselona"nın hücumçusu Lionel Messi üçün İspaniya çempionatının 33-cü turunda "Atletiko"ya qarşılaşma (2:2) əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun matçın 50-ci dəqiqəsində penaltidən vurduğu qol karyerasında 700-cü olub.
33 yaşlı futbolçu bu topların 630-nu "Barselona", 70-ni isə Argentina millisinin heyətində vurub.
Hazırda karyerasının davam etdirən futbolçular arasında yalnız Kristiano Ronaldodan geri qalır. Portuqaliyalı 728 dəfə rəqiblərini məyus edib.