"Barselona"nın yarımmüdafiəçisi Artur Melo "Yuventus"a keçməyə razılıq verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı orta sahə oyunçusunun İtaliya klubuna keçidi artıq baş tutmaq üzrədir.
Klublar arasında ilkin anlaşmaya əsasən, kataloniyalılar transferdən 80 milyon avro qazanacaq. Braziliya millisinin üzvünün "qoca sinyora"da illik maaşının 5 milyon avro olması gözlənilir.
"Barselona" həmçinin hazırda icarə əsasında müvafiq olaraq "Bavariya" və "Şalke"də çıxış edən yarımmüdafiəçi Filipp Koutinyo ilə Jan-Kler Todibonu da transferə çıxarıb.
Koutinyonun Premyer Liqa klublarından birinə keçəcəyi gözlənilir.