İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Brayton”la səfər oyununda (1:2) ağır zədə alan “Arsenal”ın qapıçısı Bernd Lenonun vəziyyətinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Ətraflı həkim müayinəsindən sonra 28 yaşlı qolkiperin azı bir ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.