Avropa Badminton Konfederasiyası və Ukrayna Badminton Federasiyası arasında aparılan müzakirələrdən sonra 2020-ci il Avropa çempionatının ləğv edilməsi barədə qərar qəbul olunub.

Offsideplus.az xəbər verir ki, qurum koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq edilən karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edir.

Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və Ukraynaya səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir.

Növbəti ilə keçirilən yarışın yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub.

Beləliklə də, turnir 2021-ci ilin 27 aprel - 2 may tarixlərində keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq.