"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.
Offsideplus.az xəbər verir ki, noyabrın 11-dən 21-dək yığmanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi, KONKAKAF Milli Liqası çərçivəsində noyabrın 17-də Nikaraqua, 20-də isə Salvador yığmaları ilə səfər matçlarına çağırılıb.
Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 13 oyun keçirib, 2 qol vurub.