Neftçi-nin futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində 13-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Sent-Lusia – Haiti matçının (1:2) ikinci hissəsinə əlavə olunmuş ilk dəqiqədə əvəzlənən yarımmüdafiəçi 13-cü dəqiqədə hesabı açıb.

Qeyd edək ki, bu, Mustivarın Haiti milli komandasının heyətində vurduğu 2-ci qoldur.