Mehmet Topal Türkiyə millisinin heyətindən çıxarılıb.

Offsideplus.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Fenerbahçe-nin futbolçusu, zədə səbəbindən heyətdən kənarlaşdırılıb. 

Qeyd edək ki, Türkiyə UEFA Millətlər Liqasında oktyabrın 11-i Bosniya və Herseqovina ilə qarşılaşacaq. Yığma bundan 3 gün sonra isə Rusiya ilə yoxlama oyunu keçirəcək.