"Qarabağ"ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər. 

Offsideplus.az xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub. 

Ağdam klubunun davamlı uğurlarından bəhs edən Adil bəy “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.

İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə komandanın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. 

"Qarabağ"ın rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. 

Görüşün sonunda Emrah bəy İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.