İkinci Liqada bu gün baş tutan "Göygöl" - "Şəki Siti" matçında gərgin anlar yaşanıb.

 Offsideplus.az-a verilən məlumata görə, meydan sahibi komandanın futbolçuları baş hakim Rövşən Rəcəbova sərt etiraz bildiriblər. Onlar "Göygöl"ün oyunçularına verilən üçüncü "qırmızı"dan sonra əsəblərinə hakim ola bilməyərək, baş hakimin üzərinə şığıyıblar.

Futbolçuların ardınca məşqçilər də hakimin qırmızı vərəqə qərarlarına sərt etiraz ediblər. "Göygöl" fanatları da qazona daxil olunca, matç yarımçıq dayandırılıb.

Bildirək ki, "Göygöl"  və "Şəki" hərəyə 16 xalla turnir cədvəlinin beş və altıncı pillələrində qərarlaşıblar.