Türkiyə millisi AVRO-2024-ün səçmə mərhələsinin 8-ci turu çərçivəsində Latviyaya qarşı keçirəcəyi matçın yeri dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, görüş öncədən məlum olduğu kimi Adanada deyil, Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək.

Qeyd edək ki, matç oktyabrın 15-də baş tutacaq və Bakı vaxtı ilə 22:45-də start götürəcək