Futbol üzrə Azərbaycan İkinci Liqasında 4-cü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Füzuli"ni qəbul edib və 3:4 hesabı ilə uduzub.

Xallarını 9-a yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Dinamo" isə 6 xalla 7-ci yerdədir.

28 sentyabr

"Dinamo" - Füzuli" - 3:4

Qollar: Sadiq Hüseynli, 54, Valeh Seyidov, 67, 78 - Sergey Merkalov, 43, Əziz Hüseynov, 84, 90+2, Kənan Mirzəliyev, 90

26 sentyabr

"Şahdağ Qusar" - "Cəbrayıl" - 0:0

"Bakı Sportinq" - "Şəki Siti" - 1:0

"Ağdaş" - "Lerik" - 0:0

25 sentyabr

"Qusar" - "Göygöl" - 1:1

"Şəfa" - "Şəmkir" - 3:2

"Kür-Araz" - "Kürmük Qax" - 6:3

photo1695914791