21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, hücumçu Mustafa Yıldırım komandadan ayrılıb.

“İqdırspor”un forvardı zədələnib və bu səbəbdən U-21-in Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyunda iştirak edə bilməyəcək.

Serbiya - Azərbaycan oyunu sentyabrın 12-də keçiriləcək və saat 22:00-da başlayacaq.